Iphone 15 Pro Titanium

Iphone 15 Pro təqdim edildi. 12 Sentyabr Bakı vaxtı ilə 21:00-da bir çox Apple həvəskarlarının diqqəti o məhşur təqdimatda idi. Təqdimatda bir çox Apple məhsulu təqdim edildi. Bunlar arasında Apple-in 4 yeni Smartfonu da var idi. Bunlar İphone 15, İphone 15 Plus, Iphone 15 Pro ve Iphone 15 Pro Maxdır. Dİgər modellər haqda məlumat toplamaq üçün buradan klikləyərək saytımızda yerləşən digər postlardan məlumat ala bilərsiniz.

Yeni Korpus ? Bəli Artıq Titan İstifadəçisisiniz

Iphone 15 Pro korpusu keçən ildən fərqli olaraq bu il titan materialla hazırlanıb. Telefon korpusu yeni titan materialla daha premium bir hiss verir. Əvvəlki modelə görə Iphone 15 Pro daha tutlması rahat hiss verir. Əlavə olaraq yeni model çəki olaraq da əvvəlki modelləri geridə qoyur. Bu model daha yüngül olması ilə də seçilir.

Iphone 15 Pro artıq A17 Pro çipi ilə təmin olunmuşdur. Bu isə Apple ekosistemində ən güclü çip sayılır.

Titan və Yeni Rəngləri

Yeni İphone 15 Pro 4 rəngdə satışa çıxarılıb . Bunlar:

-Natural Titanium

-Ağ Tİtanium

– Mavi Titanium

-Qara Titanium

Yeni Iphone həm də yeni titan görünüşü ilə daha da premium bir görünüşə sahibdir.

Yeni və Daha Güclü A17PRO

Yeni və sürətli A17Pro çipi sayəsində mobil telefon üzərindən ağır formatlı bir çox oyunu rahatlıqla yükləmək və oynamaq mümkündür. Telefon A17Pro çipi vasitəsi ilə yeni 6 nüvəli GPU-ya malikdir.

Kamera və Yeniliklər

Iphone 15 Pro kamerası əvvəlkilərə nisbəttə daha yaxşıdır. Belə ki,48MP əsas kameraya sahib Iphone 15 Pro sizə möhtəşəm çəkilişlərə şərait yaradacaq. Belə ki, inkişaf etmiş 4 pikselli sensoru ilə çəkdiyiniz şəkillərə fokuslanacaq və 48MP-in bütün xüsusiyyətlərindən daha yaxşı şəkildə istifadə edəcəkdir. Əlavə olaraq 2x telefoto sayəsində hər şeyə daha yaxından baxa bilirsiniz.

5X yaxınlaşdırma funkiyası ilə daha net şəkillər çəkmək artıq daha asan olacaq.

Bundan əlavə artıq əsas kamerada 3 lens seçimi etmek mümkündür.24, 28 yada 35 mm lens seçimləri etmək mümkündür.

İphone 15 Pro aşağı işıqda da artıq çox yaxşı işlər görür deyə bilərik. Ağağı işıqda 2 qat daha yaxşı performans göstərir.

Portret Fotolarında artıq canlı şəkil istifadə etmək mümkündür.

İşığın yüksək olmasıda artıq problem deyil Iphone Ağıllı HDR texnologiyası ilə şəkilləri daha yaxşı optimizasiya edir ve daha yaxşı şəkillərin əldə edilməsinə dəstək olur.

Yeni İphonelerin kino rejimi ilə artıq daha yaxşı fokuslanan videolara çəkə fokusu dəyiçə bilərsiniz. Əlavə olaraq İphone 15 Pro ACES-i(Beynəlxalq rəng standartı) dəstəkləyən ilk mobil telefondur.

Iphone 15 Pro və Yeni Hərəkət Düyməsi?

Artıq səs açıb-qapamaq üçün sürüşdürməyə ehtiyac yoxdur. Bunu artıq bir düymə əvəz edir. Əlavə olaraq bu düymə bir çox funksiyanıda əvəz edir.

Bəs bu funksiyalar hansılardır. Təbii ki, başda ən məhşur səs açmaq və səssizə almaq, Narahat etmə, Kamera, Fənər, Səs yazıcı, Google Translate və bəzi qısayollar aiddir. Artıq qeyd elədiyimiz bu funksiları yanda yerləşən düyməyə toxunaraq aça və ya bağlaya bilərik.

Yeni Enerji Portu USB-c

İphone 15 Pro artıq USB-C kablosuyla enerji yığa bilir. Yeni seriya USB 3 dəstəkli ilk İphone Modelidir. Artıq USB-C naqili vasitəsi ilə həm İphone-nuzu həm Macbook həm də İpad-nizi enerji ile təmin edə biləcəksiniz. Üzərinizdə çoxlu naqil gəzdirməyə artıq ehtiyac yoxdur.

Bu USB naqili vasitəsi ilə artıq 20 dəfə daha sürətli sənəd daşımaq mümkündür.

Daha Çox Enerji , Daha Uzun İstifadə

Yeni modellər artıq daha uzun enerji saxlaması ilə də digərlərindən fərqlənir. Apple-ın yaydığı məlumata əsasən İphone 15 Pro 23 saata qədər uzun enerji performansı təqdim edəcək.

Bütün qeyd edilənlərin cəmləndiyi təqdimat videosuna baxa bilərsiniz.

Similar Posts