Dibcek Gulleri – Dibcek gullərinə qulluq necə olmalıdır?
Dibçək gülərinə qulluq səbir və zəhmət tələb edir və onu əkməyin zamanı var. Dibcek gulleri ilin bütün vaxtlarında yetişdirilir. Lakin əkin üçün ən yaxşı vaxt mart və oktyabr aylarıdır. Orta boylu gül əkmək üçün diametri 2-5 santimetr olan qab götürülür. Qabın altına drenaj üçün dəmir dirəklər açılır, dibinə çınqıl və balıqqulağı tökülür. Bitkinin yaxşı inkişaf etməsi üçün çınqılın üstünə keyfiyyətli, yumşaq və məhsuldar torpaq əlavə olunur.
Dibcek gulleri necə sulanmalıdır:
Mövsümə görə Dibcek gulləri xüsusi qayda İlə sulanmalıdır:
- Qışda dibceklerin mütləq otaqda saxlamaq lazımdır, otağın temperaturu isə 15-16 dərəcədən aşağı olmamalıdır. Dibcek gulleri daha az su vermək lazımdır.
- İsti havalarda dibcek gulləri açıq havada, günəş düşən yerə qoymaq olar. Bitkilərin yeri işıq və kölgə sevən xüsusiyyətindən asılı olaraq seçilməlidir. Otaq tempraturuna görə nisbətən daha çox su vermək lazımdır.
Dibcek gullerinin sulanması da növünə görə dəyişir. Məsələn, kaktus suyu çox sevmir, ona həftədə bir dəfə su vermək kifayətdir. Ətirşah torpağın üst təbəqəsi quruyandan sonra sulanmalıdır. Dibcək gulleri arasında sağlamlıq üçün xüsusi faydalı olanlar var. Məsələn, mədə-bağırsaq, qan dövranı xəstəliklərindən əziyyət çəkənlər əzvay yarpaqlarından istifadə edə bilərlər. Bitkinin sağlam yarpaqlarının yeyilməsi də məsləhət görülür. Müxtəlif qoxu və qazları udmaq qabiliyyətinə malik xlorofitumun üç növü yayılıb. Daha çox mətbəxdə saxlanılan xlorofitumun rəngbərəng çiçəkləri, nazik və incə yarpaqları ətrafa gözəllik və yaraşıq verir. Kaktus şüalanmanın qarşısını aldığına görə kompüterdən çox istifadə edənlərə məsləhət görülür.
Güllərin pəncərə qabağında düzülüşünə gəldikdə isə alçaq gülləri aynabəndin qabağına birinci cərgəyə düzmək lazımdır, hündürlər isə onlardan sonra yerləşdirilməlidir. Belə düzülüş güllərin işıqla havanı bərabər miqdarda ala bilməsinə imkan verir. Dibcek gulleri əkmək üçün ilk öncə gül seçməli və bu gülün fərdi xüsusiyyətlərini öyrənməliyik. Gülün kökü olduğuna əmin olduqdan sonra onu əkmək olar. Bunun üçün hazır kökü olan gül almaq, yaxud gülün budağını kəsiriksə 3-4 gün suya qoyub kök atmasını gözləmək lazımdır. Hansı gülü əkmək istədiyimizə əmin olduqdan sonra ona uyğun dibçək seçməliyik.
Beton Materialdan Hazırlanan Dibcekler:
Dibçəklər müxtəlif ölçü və materiallarda ola bilər. Məsələn, betondan hazırlanan dibçəklər tez-tez qarşımıza çıxır. Bəzən isə altı dəliksiz dibcekleri görə bilərik. Altında dəlik olmayan dibçəkdə güllər yaşaya bilərmi? Bəli, bu mümkündür. Burda gülün sulanma qaydasına düzgün əməl olunmalıdır. Altı dəliksiz dibcek gulleri satan bir-çox mağaza var. Onlardan biri də ölkədə uzun illərdi tanınan və sevilən “KUNC” brendidir. 2018-ci ildən fəaliyyət göstərən bu brendin altı dəliksiz dibcek gulleri və bir-çox beton materildan hazırlanan məhsullar təqdim edir. Məhsullarla tanış olmaq üçün brendin “İnstagram” səhifəsinə keçid edə bilərsiniz. Qeyd edək ki, hazırda əldə olan bütün məhsullara 30%-a qədər endirim kampaniyası da mövcuddur.
Dibcek gulleri necə seçilməlidir?
Ölçünü gülə uyğun seçirik, amma əvvəl balaca dibçəkdə əkib, böyüdükdən sonra kökünün qırılmamasına diqqət edərək böyük dibçəyə köçürmək olar. T43-1Dibçəklər materialına görə saxsı, plastik və metaldan ola bilir. Beton materialdan olan dibçəklər görünüşünə görə daha üstün tutulur. Hətta ev şəraitində sadə üsullarla güllərinizə betondan dibçəklər hazırlaya bilərsiniz. Aşağıdakı youtube videosunda hazırlanma qaydasını izləyib, elə bu gün hazırlamağa başlaya bilərsiniz.