DİŞ AĞRISI ÜÇÜN NƏ ETMƏLİ? Diş ağrısı dərmanları.

Diş ağrısı, demək olar ki, hər kəsin həyatının müəyyən dövrlərində yaranmış və yaranacaq narahatlıqdır.
1.Karies
2.Diş əti iltihabı
3.Diş minasının zədələnməsi
4.Ağız və diş sağlamlığına diqqət yetirməmək
Diş ağrısı səbəbləri nədir?
- Karies
- Diş əti iltihabı
- Diş minasının zədələnməsi
- Ağız və diş sağlamlığına diqqət yetirməmək
Əlbəttə yaxşı olar ki, hər kəs mütəmadi olaraq stomatoloq müayinəsinə getsin, profilaktik tədbirlər görülsün, dişlərdə karies və digər probləmlər varsa, vaxtında müalicə olunsun. Lakin bəzən insanlar diş həkiminə getməyi ertələdiyi üçün, gözlənilməz bir vaxtda şiddətli diş ağrısı ilə üzləşirlər. Belə hallarda stomatoloqa gedənə qədər keçici olaraq evdə təbii üsullarla (el arasında türkəcarə), ağrıkəsici dərmanlarla dözülməz ağrılardan müvəqqəti qurtulmaq olar.

Şidddətli diş ağrısı nə üçün gecələr daha çox olur?
Gecə şiddətli diş ağrısı olma səbəbi, dişin iltihablanmağa başlamasıyla və hormonal dəişikliklər zamanı ortaya çıxa bilər. Həmin iltihablanma dişin sinirinin zədələnməsi ilə meydana gəlir. İltihablı dişin kök ucundakı iltihab dişdə qan dövranı pozğunluğuna gətirib çıxarır və bu vəziyyət yüksək təzyiqə yol açır. Təzyiq diş içindəki sinirlərin tiş tacına doğru ağrı yaratmasına səbəb olur.
Gecə diş ağrısı zamanı nə etməli?
Gecə diş ağrısı tutmaları zamanı aşağıdakı təbii üsullardan isdifadə edərək şiddətli diş ağrısından qurtulub rahat yata bilərik. Həmçinin bu üsullar uşaqlarda və hamiləlikdə diş ağrısı yaşayan xanımlar üçün yararlıdır.
Diş ağrısı üçün ev şəraitində nə etməli?
- Duzlu su
Duzlu su ilə ağızı qarqara etmək. Yarım stəkan suya yarım çay qaşığı duz əlavə edilərək ilıq duzlu su ilə ağız yaxşıca çalxalanmalıdır. Ağrı çox şiddətlidirsə, təsirini artırmaq üçün bir az soda və bir neçə damcı yod da əlavə edib də ağızı yaxalamaq olar. Qarqara etmək (duzlu su ilə), diş əti-damaq problemlərinə, ağız içi infeksiyalara və yaralara faydalı təsir göstərir. İsti iltihabı artıracağı üçün qətiyyən isti su istifadə etmək olmaz.
- Soyuq kompres
Buz ilə ağrıyan dişin olduğu nahiyəyə soyuq kompres etmək olar. Soyuq diş ağrısına qarşı çox təsirlidir. Qan damarlarının büzüşməsinə səbəb olaraq həmin bölgədəki qan axışını yavaşladır. Nəticədə ağrının yüngülləşməsinə kömək olur. Soyuq kompres ağrını azaldacaq və iltihab səbəbiylə üzdə yaranmış şişkinliyi götürəcək.
- Sarımsaq
Sarımsaq adətən el arasında təbii antibiotik olaraqda bilinir. Evdə diş ağrısı zamanı nə etməli? sualına cavab olaraq sarımsaqda təbii üsullardan biridir. Şiddətli diş ağrısı üçün sarımsağın ağrını yüngülləşdirmə və antibiotik təsiri vardır əlavə olaraq ağızda yaranmış bakteriyaları yox edir. 3 diş sarımsaqı biraz duz ilə əzib qarışdırdıqdan sonar ağrı olan nahiyəyə vurulur, təxmini 25 dəqiqə keçdikdən sonar iliq su ilə ağız yuyulur.
- Mixək
Diş ağrısını sakitləşdirmək üçün mixəkdən yaxşı vasitə yoxdur. Onun anti-iltihab, antibakterial və analgetik xassələri var ki, bu infeksiyaları aradan qaldırmağa
kömək edir. Mixəkdə ojenol, diş ağrısını və infeksiya halını azaldır, anestetik təsiri göstərərək dişi keyidir. Üç hissə mixəyi xırdalayırıq. Bir çay qaşığı zeytun yağı ilə qarışdırıb ağrı olan nahiyənin üzərinə qoyuruq. Mixəyi zeytun yağı və su ilə
də qarışdırıb ağızı qarqara etmək də mümkündür.
- Nanə çayı
Nanəli çay təbii ağrıkəsici olaraq bilinir, antobakterial xassəyə və antioksidantlara sahibdir. Nanə çayı və çay paketleri, diş ağrısını keyitmək üçün edəcəyimiz təbii üsullardan biridir, çayı dəmlədikdən sonra soyuyub iliq şekildə içirik, əlavə olaraqda ağızı qarqara etmək də mümkündür.
Diş ağrısı üçün bir neçə ağrıkəsici dərman variantıda mövcuddur, apteklərdə reseptsiz satilan bu dərmanları isdifadə etmədən öncə dərman üzərində olan istifadə təlimatlarını oxumağınız məsləhətdir.
- Aspirin: Aspirin antiinflamatur xüsusiyyətləri olan və ağrını dərhal azaldabilən bir dərmandır. Bir aspirin tabletini diş ağrısı zamanı çeynəyə bilərsiniz. Lakin aspirin mədə ağrısı problemlərinə səbəb ola bilər, buna görə də məsləhət görülən müalicəni başlamaqdan əvvəl bir həkimə müraciət etməkdir.
2. Parasetamol: Diş ağrısını azaltmaq üçün başqa bir dərman seçimi parasetamol olabilər.
3.Nimesul: Diş ağrısının azaldılması üçün istifadə edilən başqa bir non-steroid antiinflamatur dərmandır. Bu dərman şiddətli diş ağrısını azaldmağa kömək edir. Amma, məsləhət görülən dozu aşmağınız və ya uzun müddət istifadə etməməyiniz məsləhət görülür.
Əlavə olaraq bu videonu izləyə bilərsiniz.
Daha faydalı və maraqlı məlumatlar üçün bloqumuza keçid edə bilərsiniz.