Allergiya Nədir? Allergiyanın Növləri Və Əlamətləri Hansılardır?

allergiya

Allergiya Nədir?

İmmunitet sisteminin yad bir maddəyə və ya əksər insanlarda reaksiya verməyən qidaya həddindən artıq reaksiyası allergiya adlanır. Normal şəraitdə immunitet sistemi zərərli obyektlərə qarşı müdafiə funksiyasını yerinə yetirmək üçün həmin obyektlərə qarşı antikor adlanan maddələr istehsal edir. Allergiyası olan insanlarda isə immunitet sistemi müəyyən bir allergenin zərərli olmasa da, zərərli olduğunu müəyyən edən antikorlar istehsal etməyə başlayır. Buna görə də, fərd allergenlə təmas olduqda immun sisteminin göstərdiyi reaksiya insanın dərisini, tənəffüs yolarını və ya həzm sistemini qıcıqlandıra bilər. Allergiyanın şiddəti hər bir fərd üçün fərqlidir və kiçik qıcıqlanmadan anafilaksiyaya qədər həyati təhlükə yarada biləcək təcili vəziyyətdir. Xəstəliyin növlərinin əksəriyyətini tamamilə müalicə etmək mümkün olmasa da, allergiya simptomlarını aradan qaldırmağa kömək edən müalicələr var.

Allergiya Əlamətləri Nələrdir?

Allergiyanın simptomları insandan insana fərqlilik göstərə bilir və allergiyanın şiddəti də simptomlara təsir göstərir. Simptomlara əsasən qaşınma, burun tutulması, tez-tez asqırma, xroniki öskürək, nəfəs darlığı və ya xırıltı, bədəndə səpgi və ya şişlik daxildir. Xəstəliyə səbəb olan allergenlərin əksəriyyəti üzvi mənşəli maddələr olduğundan dolayı, normalda insan orqanizminə zərəri olmayan bu maddələr insanlarda allergik reaksiyalara səbəb ola bilər. Atopik deyilən insanlar bu sadə maddələrə məruz qaldıqda burun axması, ishal, ürəkbulanma ekzema və s. hallar ilə də qarşılaşa bilirlər. Allergiyadan təsirlənən bölgələr hər kəs üçün fərqli və individual ola bildiyi üçün ümumi olaraq, qeyd olunan bu əlamətlər ilə özünü biruzə verə bilir. Əgər sizdə də yuxarıdakı əlamətlər varsa, ən qısa zamanda həkimə müraciət etməyinizdə fayda vardır.

Allergiyanın Hansı Növləri Var?

Qida allergiyası – boğazın, dilin, dodaqların və ya üzün şişməsi, ürtiker və ya anafilaksi kimi əlamət və simptomlara malikdir.

Dərman allergiyası – dəri qaşınması və səpgi, üzün şişməsi, nəfəs darlığı və ya anafilaksiyaya səbəb ola bilər.

news-51976

Allergiyaya qarşı necə mübarizə aparılmalı?

Allergiya orqanizmin hər hansı maddəyə qarşı yüksək həssaslığı, reaksiyasıdır. Allergiya dəridə səpkilər, ümumi zəiflik və selikli qişanın qıcıqlanması ilə  özünü büruzə verir. Bəzi qidalar varki insan orqanizmində mənfi təsirlərə səbəb olur. Lakin hər cür mənfi əlaməti allergiya adlandırmaq yanlışdır. Gəlin allergiyanın əlamətləri və tədbirləri barədə məlumatlanaq.

Qida əsaslı allergiya

Qida allergiyası qida reaksiyalarının başlanğıcıdır. Bu allergiya ən çox körpə uşaqlarda özünü daha çox büruzə verir. Buna körpənin həzm sisteminin tam inkişaf etməməsi, gündə bir neçə pay allergiya yaratma ehtimalı yüksək olan tək bir qida ilə qidalandırılması və s. səbəb ola bilər.

Adətən hansı qidalar allergiyaya səbəb olur?

Allergiyaya səbəb olan bir çox qidalar vardır. Bunlardan bəziləri balıq, quru paxlalılar, ədviyyatlar, quru meyvələr, dəniz məhsulları, ət növləri, taxıllar, şokoladlar və s. Təbii ki, allergiyaya səbəb olan qidalar yalnız bunlarla  bitmir.

Anafilaktik Şok Nədir?

Allergiya zamani ne etmeli

Qida allergiyası və həşərat sancması allergiyası da daxil olmaqla, bəzi allergiya növləri bədəndə anafilaktik şok kimi tanınan ani və şiddətli reaksiyaya səbəb ola bilir. İnsan həyatını birbaşa təhdid edən tibbi təcili vəziyyət olan anafilaktik şok, bir insanın şoka girməsinə səbəb ola bilər.Həmin vəziyyətin əlamətləri və simptomları arasında huşun itirilməsi, qan təzyiqinin aşağı düşməsi, şiddətli nəfəs darlığı, başgicəllənməsi, ürəkbulanma, qusma və s. daxildir. Düzgün müalicə olunmayan anafilaktik şok ölümə səbəb ola bilər. Allergik reaksiya olduğunu düşünən və reseptsiz satılan allergiya dərmanlarından kifayət qədər fayda və rahatlama əldə edə bilməyən şəxslər allergiyaya nəzarət üçün həkimə müraciət etməlidirlər. Yeni bir dərmana başladıqdan sonra allergiya əlamətləri göstərən şəxslər dərhal həkimləri ilə əlaqə saxlamalıdırlar.

Allergiya Necə Müalicə Olunmalıdır?

Allergiya zamani ilk yardım

Xətəliyin müalicəsində allergik reaksiyaların qarşısının alınması və simptomların azaldılmasında ilk və ən vacib addımdır. Ancaq bəzən allergenlərdən tamamilə qaçmaq mümkün olmur. Buna görə də xəstəliyin müalicəsinə başlamazdan əvvəl insanın nəyə qarşı allergiyası olduğunu müəyyən etmək və ondan qorunmaq üçün ilk növbədə allergiya testindən keçmək lazımdır. Xəstədə görülən allergiyadan asılı olaraq, istifadə edilə bilən dərmanlar immunitet sisteminin reaksiyasını azaltmağa və simptomları aradan qaldırmağa kömək edə bilər. Həkim allergiya həbi və ya allergiya siropu, burun spreyi və ya göz damcıları şəklində reseptsiz və ya reseptlə satılan dərmanları tövsiyə edə bilər.

Similar Posts