Pulsuz debet kartlar

Müasir dövrdə, əsasən də pandemiya zamanından etibarən ölkəmizdə debet kartlar sifarişinə  maraq olduqca artmışdır. Bu kartlara tələbatın artmasının bir çox səbəbləri var, amma gəlin daha öncə debet kart nədir və nə üçün insanların tələbat mərkəzinə çevrilib suallarına cavab tapmağa çalışaq. Daha sonra isə pulsuz debet kartların sifarişinin yolunu birlikdə kəşf edək

Debet kart nədir?

pulsuz kartlar

Debet kartı bank hesabınızla əlaqəli olan plastik bir kartdır. Bu kart vasitəsilə hesabınızdakı vəsaiti istənilən zaman və istənilən yerdə həm ödənişlər, həm də alış-verişlər üçün istifadə edə bilərsiniz. Kredit kartlarından fərqli olaraq debet kartları hesabınızdakı vəsaiti istədiyiniz kimi xərcləyir, kredit faizi, borc məbləği və ya günlük limitlər kimi qaydalara tabe olmursunuz və bu xüsusiyyət də insanları pulsuz debet kartlar sifariş etmək üçün ikiqat təşviq etməyə nail olur. 

Debet kartın üstünlükləri nədir?

pulsuz debet kart

İstər ödənişli əldə etdiyiniz, istərsə də pulsuz debet kartları sizə bir sıra üstünlüklər təklif edir. Debet kartı sifarişi edib istifadəsinə başlamağın əsas faydalarından bəziləri bunlardır:

  1. Rahatlıq: debet kartları sizə ödəniş etmək və vəsait əldə etmək üçün asanlığı təmin edir. Fiziki yaxud onlayn mağazalarda, restoranlarda və minlərlə digər ehtiyacınız olan məkanlarda rahat ödəniş üçün debet kartınızdan istifadə edə bilərsiniz. Bu üstünlük nağd pul daşıma ehtiyacını aradan qaldırır və əməliyyatların icra olunmasını tezləşdirir.
  2. Təhlükəsizlik: debet kartları nağd pulla müqayisədə daha təhlükəsiz hesab olunur. Kartınız itirildikdə və ya oğurlandıqda icazəsiz əməliyyatların qarşısını almaq üçün tez bir zamanda bankınıza məlumat verə və onu deaktiv edə bilərsiniz. Bir çox debet kartları həmçinin PİN kodlar və ya iki faktorlu təsdiqləmə kimi əlavə təhlükəsizlik xüsusiyyətləri ilə gəlir və vəsaitləriniz üçün yüksək qorunma təklif edir.
  3. Xərclərə nəzarət: debet kart sifarişi və istifadəsinə başlamaq qərarınız sizi ödəniş əməliyyatlarına asanlıqla izləyə bilməyə səbəb olacaq. Əksər bu kimi əməliyyatları izləyə və hesabınızı idarə edə biləcəyiniz onlayn və ya mobil bankçılıq platformaları təqdim edir. Bu üstünlük xərclərinizi izləməyi, büdcənizi bölməyi və dəqiq maliyyə qeydlərini aparmağı çox daha rahat prosesə çevirir. 

Burada daha çox üstünlük sadalamaq olar, lakin ən önəmli hesab etdiklərimizi sizinlə paylaşdıq. Bunların hər biri elə indi onlayn debet kart sifarişi üçün çox düzgün səbəblərdir. 

Debet kartlarına güvənməliyik?

onlayn kart sifarişi

Bəli, yuxarıda qeyd edildiyi kimi debet kartları təhlükəsiz hesab olunur, lakin debet kartı əməliyyatlarınızın təhlükəsizliyini təmin etmək üçün müəyyən ehtiyat tədbirləri görməniz vacibdir:

1. PİN kodunuzu qoruyun: Şəxsi İdentifikasiya Nömrənizi (PIN) yadda saxlayın və heç vaxt onu heç kimlə paylaşmayın. Debet kart üçün doğum tarixi və ya ardıcıl nömrələr kimi açıq-aşkar PİN kodlardan istifadə etməyin. 

2. Onlayn əməliyyatlarla ehtiyatlı olun: Onlayn alış-veriş edərkən, təhlükəsiz vebsaytda olduğunuzdan əmin olun və şübhəli saytlarda kart məlumatlarınızı daxil etməkdən çəkinin.

3. Xərcləmə limitlərini təyin edin: bir çox banklar istər ödənişli, istərsə də pulsuz debet kartına xərcləmə limitləri təyin etməyə imkan verir. 

Qeyd edək ki, bu göstərişlər həm ödənişli, həm də pulsuz debet kart istifadəçilərinə aiddir. 

Necə debet kart sifariş edə bilərəm?

pulsuz debet kart

Bir çox yerli banklarda artıq onlayn debet kart sifarişi mümkündür. İlkin olaraq ehtiyaclarınıza uyğun debet kartı növünü seçin və kart ilə bağlı şərtləri nəzərdən keçirib, daha sonra isə həmin bankın vebsaytında öz məlumatlarınızı qeyd edib debet kartı sifariş edə bilərsiniz. Ödənişli kartlarla yanaşı, son zamanlarda banklar pulsuz debet kartları da təklif etməyə başlayıb.  

Pulsuz debet kart əldə etmək mümkündürmü?

debet kart

Bəli, daha əvvəl də qeyd edildiyi kimi bu da mümkündür. Əsasən, son illərdə kart ilə ödənişlərə olan marağın artması debet kartın aktuallaşması ilə nəticələnmişdir. Bu halda bir çox bank rəqabətə girərək öz pulsuz debet kart növlərini istifadəçilərə təklif etməyə başladı. Bu addım isə insanları debet kart sifariş etməyə daha da həvəsləndirir. Sizin də marağınız varsa, elə indi qeyd etdiyimiz qaydalar üzrə onlayn debet kart sifariş edə bilərsiniz.

Pulsuz debet kart sifariş edə biləcəyiniz banklar və onlayn sifariş linklərini sizinlə paylaşırıq:

ABB Bank – https://abb-bank.az/az/ferdi/debet-kartlari

ATB Bank – https://atb.az/card/

Bank Respublika – https://www.bankrespublika.az/az/form/cardoffer

ASB Bank – https://www.asb.az/az/onlayn-kart-sifarishi

Bank of Baku – https://www.bankofbaku.com/online-xidmetler/plastik-kard?card=113

Expresss Bank – https://www.expressbank.az/expresso_debit#app

Kapital Bank – https://dc.kapitalbank.az/az/online-debit/BRCB_BLACK/kb?tvr_id=282fc1ed-ce33-4549-a903-6932a523c38f

Unibank – https://unibank.az/az/cards/view/1998

Xalq Bank – https://www.xalqbank.az/az/ferdi/kartlar/debet

Turan Bank – https://www.turanbank.az/az/pages/22/338

Yelo Bank – https://www.yelo.az/az/individuals/cards/

Qeyd: siyahıda olan debet kartların bəziləri ilkin mədaxil ilə ödənişsiz təqdim edilir.

Bunun kimi faydalı bloqlarla tanış olmaq üçün keçid edin: https://pop.az/blog/

Similar Posts