Bakıda Restoranlar. Bakıda gedəcəyiniz 10 yaxşı restoran

bakida restoran

Bu bloqda hər məqsədəuyğun Bakıda restoranlar siyahısını hazırladıq

Bakıda restoranlar arasında necə seçim etmək olar?

Bakıda restoranlar ləzzətli yeməkləri, gülərüz personalı və qiymətləri ilə
fərqlənir. Müasir şəhərlərdə əyləncə və istirahət üçün yer tapmaq asandır.
Çox saylı kinoteatrlar, kafelər, klublar və təbii ki, restoranlar hər zaman
xidmətinizdədir. Ancaq, bütün bu çoxsaylı restoranlar arasında necə seçim
etmək olar? Restoran seçərkən, ilk növbədə, onun əsas məqsədinə diqqət
yetirmək lazımdır. Məsələn, sevdiyiniz insanla romantik şam yeməyi etmək
üçün bir restoran uyğun olsada, bir şənlik ya korporativ ziyafət üçün həmin
restoran uyğun olmaya bilər. Bununla yanaşı, qısa zamanda keyfiyyətli
xidmət, dadlı yeməkləri məqsədəuyğun kafelərin və restoranların tapılması
çətinlik yarada bilər.

Sizin işinizi asanlaşdırmaq üçün, fərqli kateqoriyalarda restoranlar seçdik
və siz artıq öz məqsəd və xüsusiyyətlərinizə uyğun seçim edə bilərsiniz.

Bakıda restoran və kafelərin siyahısı

Səhər yeməkləri

Əgər gününüzdə enerji verən bir səhər yeməyi istəyirsinizsə, Bakıdakı bir
çox restoranlar sizə dadlı və sağlam yemək təklif edir. Əlbəttə ki, evdə
hazırlanmış səhər yeməyi ən yaxşı seçimdir, amma işə gedərkən vaxtınızın
çoxluğunu evdə keçirirsizsə, dəyişik məkanlarda zövq ala bilərsiniz.

Ruby360
The Gallery
Central
Tavada
Pendir&Chorek

Seher yemekleri Baki restoranlari

Nahar(Business lunch)

Həatımızın sürətli tempində iş saatlarında mola vermək və yemək yemək
çox vacibdir. Restoranlar və kafelər, iş saatlarında ən xoş vaxtın nahar vaxtı
olduğunu nəzərə alaraq insanlara sərfəli biznes lunch menyularını təklif
edir. Restoranda dadlı yemək, uyğun qiymət və yaxşı xidmət mövcuddursa,
müştərilər axşam yeməyinə keçmək üçün həmin məkanı seçə bilər.

The House Cafe
Cafecity
Mado
Cookmood
Cookshop

Nahar. Business lunch. Baki restoranlari

Romantik şam yeməyi

Bəzilərimiz ilk görüş, ildönümü və ya sevgilimizlə romantik bir axşam üçün
uyğun bir mekan axtarışlndayıq. Tünd işıqlandırma, tənha masalar və
interyerin rahat atmosferi, gözəl anlar yaşamağa köməklik edəcək.

Chayki restaurant
Emirgan Sütiş
Zafferano
Notes
Gazelli

Baki restoranlar axsam yemeyi

Coffee shop

Bakıda yeni coffe-shopların sayı gün-günə artır. Qəhvə içmək mədəniyyəti
gündəlik həyatımızda möhkəm şəkildə yerləşmişdir və onu tərk etmək
niyyətində deyil. Coffe shop-lar soft və estetik interyerlə, aromalı qəhvə
qoxusu ilə, və təbiki ləzzətli qəhvə ilə bizləri saatlarca məkanda vaxt
keçirməyimizə səbəb olacaq.

CupCup
Cafe Botanist
White Cat Coffee
Tatte
42 Coffee Roasters

Bakida coffe shoplar

Yay terrasları

İsti yaz-yay günlərində biz mümkün qədər təmiz havada daha çox vaxt
keçirtmək istəyirik. Bakıdakı restoranların bir çoxu bu tələbi nəzərə alaraq,
müştərilər üçün terraslar təklif edir. Terraslar, istirahət məkanlarına açıq
hava mühitinə, güneşə, təzə hava ilə birlikdə, əlavə rahatlıq və atmosfer
təmin edir.

Riviera
Senior Mansimo
The Mood Baku
RoofTop Lounge
Terrace 145

Baki restoranlarinda yay terrasi

Panoramalı restoranlar

Bakı şəhərinin möhtəşəm mənzərəsi ilə nəzərdə tutulan restoranlar,
şəhərin görünüşünə baxarkən ən gözəl hissləri yaradır. Restoran və
kafelərdən bu mənzərələri gözləmək həm keçirilən vaxtı daha da xoş etdirir,
həm də insanların şəhərin gözəlliyi ilə bağlı fikirlərini formalaşdırmasına
kömək edir.

Caspian Grill Terrace
Societe
Luxury Life Restaurant
Terrace Garden
Gate 25

Baki restoranlarda panorama gorunusu

Ailəvi restoranlar

Ailə üzvləri və yaxın dostlarla həftəsonu, bayram, ya da sadəcə bir axşamı
xoş keçirmək istəyirsinizsə, ailəvi restoranlara müraciət etmək məsləhətdir.
Ailə restoranı seçmək üçün əsas kriter, bütün ailə üzvləri, böyüklər və
uşaqların rahat hiss edəcəyi xoş atmosfer və rahat interyerdir.

Vətənim
Firuze
Burc Qala
Natavan
Xaçapuri

Baki restoranlar ailevi restoranlar

Canlı musiqi

Bakının bir çox restoran və kafelərində axşam yeməyini rəngarəng edəcək
qeyri-adi musiqi dinləyə bilərsiniz. İnsanlar məkana təkçə yeməklərin
dadından zövq almaq üçün deyil, həm də musiqinin yarada biləcəyi xüsusi
ab-hava hiss etmək üçün gəlirlər.

Soul Kitchen
Mix Point
Monte Napoleone
Ajda Baku
La Quzu

Canli musiqi olan restoranlar

Dənizkənarı restoranlar

Şəhər, Xəzər dənizində yerləşdiyi üçün, mütləq vaxt tapın və dəniz
mənzərəsi olan restoranına baş çəkin. Mərkəzdən uzaq olsa da, dəniz
havası bütün yorğunluğunuzu alacaq.

La Chateau
Derya Fish House
Sherlock’s beach
Nar&Sharab
Mirvari

Bakida denizkenari restoran

Ümid edirik ki, bu “Bakıda restoranlar” bloqu sizin üçün faydalı olacaq. Daha çox faydalı məlumatlar haqqında bloqumuza keçid edə bilərsiniz.

Xoş istirahətlər!

Similar Posts