Uşaq əyləncə mərkəzləri

Bakıda uşaq əyləncə mərkəzləri, usaq eylence merkezleri

Uşaq əyləncə mərkəzləri (usaq eylence merkezi) uşaqların yaşıdları ilə zaman keçirməsi, sosial mühitə öyrəşməsi, əylənməsi və yeni şeylər kəşf etməsi üçün əla mühitdir. Şəhərimizdə müxtəlif oyunlara, əyləncə sahələrinə, rəngarəng karusellərə, öyrədici və inkişafetdirən oyun növlərinə sahib bir çox uşaq əyləncə mərkəzləri mövcuddur.

Uşaq əyləncə mərkəzi seçərkən nələrə diqqət etməliyik?

-Mərkəzin təmiz olmasına
-Məkanın uşaq üçün rahatlığına
-Uşağın yaşına uyğunluğuna
-Uşaqlar üçün təhlükəsiz olmasına
-Uşaqların ehtiyaclarını qarşılayacaq şəraitinin olmasına
-Yaşadığımız əraziyə yaxınlığına.

Bəs əyləncə mərkəzlərini necə seçə bilərik?


Hansı uşaq əyləncə mərkəzini seçəcəyiniz valideynin və ya uşaq baxıcısının həmin günki planından asılıdır. Əgər siz gününüzü alış-veriş üçün ayırmısınızsa bu zaman ticarət mərkəzlərindəki, böyük “mall”lardakı əyləncə mərkəzlərinə üz tuta bilərsiniz. Yox əgər siz uşaqla birlikdə əylənmək istəyirsinizsə bu zaman stolüstü, consol, yarış məqsədli oyunların olduğu uşaq əyləncə mərkəzlərini seçə bilərsiniz. Bu əyləncə mərkəzlərinə Kidzone, Blissland uşaq əyləncə mərkəzləri daxildir.

stolüstü uşaq oyunları, konsol oyunlar, uşaq əyləncə mərkəzləri


            Bundan əlavə şəhərimizdə kafe ilə birlikdə dizayn olunmuş oyun mərkəzləri də vardır. Bu zaman siz kafedə oturaraq istirahət edə və eyni zamanda övladınızı izləyə bilərsiniz. Belə əyləncə mərkəzlərinə misal olaraq Minions uşaq əyləncə mərkəzini, Ninja uşaq klubunu misal göstərmək olar. Qeyd edək ki, Ninja uşaq klubunda həm də sağlam qidadan hazırlanmış yeməklər təklif olunur. Bu o deməkdir ki, siz uşaqlarınızı könül rahatlığı ilə mərkəzə apara bilərsiniz.

Ninja uşaq klubu, uşaq əyləncə mərkəzi
minions uşaq əyləncə mərkəzi, usaq eylence merkezleri, uşaq əyləncə mərkəzi

            Şəhərimizdə həmçinin təhsil yönümlü fəaliyyət göstərən Kinderland əyləncə mərkəzi də mövcuddur. Burada uşaqlar müxtəlif peşə fəaliyyətləri ilə məşğul ola və onlar haqqında faydalı məlumatlara sahiblənə bilərlər. Bunun sayəsində uşaqlar gələcəkdə seçəcəkləri peşə haqqında fikirlər toplaya biləcək, həmçinin iş həyatı, pulla davranış kimi mövzularda biliklər əldə etmiş olacaqlar.

kinderland əyləncə mərkəzi, kinderland eylence merkezi
kinderland xəritəsi, kinderland əyləncə mərkəzi, kinderland eylence merkezi

Övladınızın xüsusi günlərini qeyd etmək üçün də uşaq əyləncə mərkəzləri ideal seçim ola bilər. Demək olar ki, restoran xidməti təklif edən bütün əyləncə mərkəzlərində bu mümkündür. Övladınıza unudulmaz ad günü təşkil etmək, dostları ilə gözəl gün yaşamasına nail olmaq istəyirsinizsə uşaq əyləncə mərkəzlərinə üz tuta bilərsiniz. Xüsusi bəzədilmiş ortam, dadlı yeməklər, müxtəlif oyunlar onları  həm sevindirəcək, həm də əyləndirəcəkdir.

ad günü tədbiri, uşaq əyləncə mərkəzində ad günü tədbiri, uşaq əyləncə mərkəzi

            Əgər sizin övladınız hiperaktivdir və heç yorulmadan hər şeyə rəğmən oynamağı seçir və sevirsə, bu zaman iri batut sahələri olan əyləncə mərkəzləri sizin xilaskarınız olacaq. Belə sahələrdə təkcə uşaqlar deyil, siz də onlarla birlikdə əylənə bilərsiniz. Bu zaman seçiminizi Batut arenadan etməkdə fayda vardır. Qeyd edək ki, bu əyləncə mərkəzi də restoran xidməti təklif edir. Bu o deməkdir ki, uşaqlar bir tərəfdən enerjiləri xərcləyə, digər tərəfdən qazana bilərlər. J

Uşaq əyləncə mərkəzlərinin faydaları

  • Uşaqların yaşıdları ilə birlikdə sosiallaşmasına şərait yaradır
  • Onları ətraf mühiti kəşf etməyi, paylaşmağı, digər uşaqlarla davranış qaydasını öyrədir, eləcə də yeni dostlar qazanacağı ortam təşkil edir
  • Yeni bacarıqlar əldə etməsinə nail olur
  • Enerjilərini xərcləyə biləcəkləri seçimlər təklif edir
  • Valideynlərin rahatlıqla istirahət etməsi və ya işləməsi üçün mühit yaradır
  • Uşaqların xüsusi günlərini rəngarəng etməyə kömək edir
  • Ən əsası isə onların xoşbəxt, əyləncəli, fərqli zaman keçirməyinə səbəb olur.

References:

https://kinderland.az/

https://navigator.az/az/ushaqlar-ucun-eylence-merkezleri/

Daha çox bloglar üçün buraya keçid etməyiniz kifayətdir. 🙂

Similar Posts