CV nədir və necə hazırlanmalıdır?

cv nedir, cv hazirlamaq, pulsuz cv
cv nedir, cv nədir

CV, yəni “Curriculum Vitae” (Latın dilindən tərcümə edildikdə “həyat yolu”), iş təcrübəsi, təhsil, bacarıqlar və xüsusiyyətlərinizi təsvir edən bir sənəddir. Bu sənəd namizəd ilə işəgötürən arasında ilkin tanışlıq sənədidir və şəxsi məlumatlarınızı, əlaqə vasitələrinizi (email, telefon nömrəsi), əldə etdiyiniz təhsil və sertifikatlarınızı, iş təcrübənizi və qazandığınız bacarıqları qarşı tərəfə bildirməlidir. Burada dəqiqlik, düzgünlük sizin işə qəbul olma şansınızı təyin edə bilər, bu səbəbdən də ideal bir CV hazırlamaq olduqca vacibdir.

İdeal CV necə hazırlanmalıdır?

CV hazırlamaq çətin bir iş sayılsa da, təsirli və işəgötürənlərin diqqətini cəlb edəcək bir nümunə yaratmaq üçün bəzi ipucları sizlərə yardımçı olacaqdır. İlk növbədə iş təsvirini diqqətlə oxuyun və işəgötürənin axtardığı bacarıq və təcrübələri mütləq şəkildə vurğulayın. Bu sizin iş ilə uyğun olduğunuzu qarşı tərəfə çatdırdığınız ilk ,,mesaj’’ sayıla bilər. Şəxsi məlumat başlığı altındakı e-poçt ünvanı qeyri-rəsmi şəkildə redaktə edilməməli, adı və soyadı ifadə edən e-poçt ünvanından istifadə edilməlidir. Oxunması və başa düşülməsi asan lakin, bir o qədərdə peşəkar görünəcək formatdan istifadə edin.

Cv-də ardıcıllıq necə olmalıdır?

Ardıcıllıq :
1.Şəkil, ad,soyad,vəzifə
2.Əlaqə vasitələri
3.Özünüz haqqında 5-6 cümləlik məlumat
4.Əlavə bacarıqlar
5.Təhsil barədə məlumat
6.İş təcrübəsi
7.Dil bilikləri
8.Sertifikatlar

İşə götürənlər yalanı sevmir

Qeyri-adi şriftlərdən, rənglərdən və ya qrafiklərdən istifadə etmək heç də, sizi önə salmayacaq. Nəticədə məlumatlarınızı incələyən bir HR-dır.(Rəsm müəllimi və ya dizayner deyil). Əsas məlumatlara diqqəti cəlb etmək üçün başlıqları qalın və kursiv formatda verməyiniz tövsiyyə olunur. İdeal cv nümunələrinə buradan baxa bilərsiniz.

CV-nizdə dürüst və dəqiq olun. Bacarıqlarınızı və təcrübələrinizi qətiyyən şişirtməyin (Yalan ayaq açar amma yeriməz). Detallara diqqət yetirməmək: CV-nizdəki bütün məlumatların dəqiq və aktual olduğundan əmin olun. Əlaqə məlumatlarınızı, iş təcrübənizi və təhsil məlumatlarınızı iki dəfə yoxlayın. Bəzən, HR-ların CV-ni ilkin olaraq skan edərək yoxladığını nəzərə alsaq açar sözlərdən istifadə etmək sənədinizi dərhal arxa plana atılmaqdan qoruyur.

Qüsursuz CV

Kariyeranızda  dönüş nöqtəsi ola biləcək bu bir səhifəlik ,,sənəd’’-də orfoqrafik və qrammatik səhvlərə qətiyyən yol vermək olmaz. Qeyd olunan səhvlər sizi diqqətsiz və qeyri-peşəkar göstərə bilər. İşlə əlaqəli olmayan şəxsi məlumatları daxil etməkdən çəkinin.İstənilən halda başqasından CV-nizi nəzərdən keçirməsini xahiş edin.

CV-də istifadə edilməli foto necə olmalıdır?

Bir sıra ölkələrdə artıq, şəkilli Cv-lər üstünlük təşkil etməsə də, ölkəmizdə bu mövzu hələki olduğu kimi qalmaqdadır. 1.Şəkiliniz aydın, yaxşı işıqlandırılmış və diqqət mərkəzində olmalıdır. Bulanıq və ya pikselli təsvirdən istifadə etməkdən çəkinin, çünkü bu, sizi qeyri-peşəkar göstərə bilər.

2.Uyğun geyinin:Çox təsadüfi və ya açıq-saçıq geyinməkdən çəkinin.

3.Sadə fondan istifadə edin: Sadə, tünd rəngli fon ən yaxşısıdır. Şəklinizi korlaya biləcək və ya diqqəti yayındıran fonlardan çəkinin.

4.Şəkil yalnız başınızı və çiyinlərinizi göstərməlidir. Tam bədən fotoşəkillərindən və ya kameradan çox uzaq çəkilmiş fotoşəkillərdən istifadə etməyin.

5.Gülümsəyin və göz təması qurun: Üz ifadəniz mehriban və əlçatan olmalıdır. Etibarınızı çatdırmaq üçün kamera ilə göz təması qurun.

6.Peşəkar olun: Dostlar, ailə və ya ev heyvanları ilə fotoşəkillərdən istifadə etməyin. 

10 dəqiqədə mükəmməl CV

Cv hazırlamaq üçün çoxlu sayda sayt və tətbiqlər olsa da, ən rahat və gözəl nümunələri www.canva.com saytında qısa zamanda asanlıqla hazırlaya bilərsiniz. Sayta daxil olduqdan sonra axtarış bölməsinə resume yazsanız yüzlərlə nümunələr qarşınıza çıxacaq və üzərinə klik edərək özünüzə uyğun dəyişiklər edə bilərsiniz. 

CV-i göndərərkən ən incə və ən əsas məqamlar:

1.Faylının adı “Ad Soyad” kimi yadda saxlanılmalıdır. Qeyri-ciddi adla göndərilməməlidir. (məs: ,,Fuad Əliyev” CV)

2. E-maili göndərmədən öncə mətn yerində müraciət etdiyiniz vakansiyanın adı qeyd olunmalıdır.

3.Başlıq olaraq qarşı tərəflə salamlaşmaq və maili göndərmək səbəbini qeyd etməlisiniz. 

Cv qısa və dolğun olmalıdır.

CV-nizi maksimum 2 səhifə etməklə, ən lazımlı məlumatları aydın şəkildə ifadə edin. Unutmayın ki, CV-niz potensial işəgötürənlər üzərində ilk yaxşı təəssürat yaratmaq şansınızdır. Bunun aydın, qısa və iş təsvirinə uyğun olduğundan əmin olun. İş axtarışında hər birinizə uğurlar!

Əlavə olaraq videomuzu izləyə bilərsiniz:

Similar Posts