Avropa Ölkələri. Avropa olkeleri hansılardır?

Avropada istirahət etmək, xaricdə təhsil almaq, Avropada karyera qurmaq istəyirsinizsə, Avropa ölkələri haqqında məqaləmiz sizə bələdçilik edəcək.
Müasirliyin və dəbin, elmin və mədəniyyətin, siyasi nüfuzun və iqtisadi gücün, əyləncə və xoşbəxtliyin simvolu olan Avropa ölkələri dünyanın dörd bir yanından gələn insanlara ev sahibliyi edir. Film və sənət festivalları, prestijli universitetlər, tarixin və təbiətin vəhdət şəklində qorunduğu gəzməli yerlər, mətbəx mədəniyyəti və dəbin burada doğulması Avropanı dünyanın mərkəzinə çevirir.
Avropa ölkələrinin siyahısı
- Albaniya
- Almaniya
- Andorra
- Avstriya
- Belarus
- Belçika
- Bosniya və Herseqovina
- Bolqarıstan
- Çexiya
- Danimarka
- Ermənistan
- Estoniya
- Fincə
- Fransa
- Gürcüstan
- Yunanıstan
- Xorvatiya
- İsveç
- İsveçrə
- İtaliya
- İspaniya
- İsrail
- İslandiya
- Kosovo
- Latviya
- Litva
- Lüksemburq
- Macarıstan
- Makedoniya
- Malta
- Moldova
- Monako
- Monteneqro
- Niderland
- Norveç
- Polşa
- Portuqaliya
- Rumıniya
- Rusiya
- San Marino
- Serbiya
- Slovakıya
- Sloveniya
- Türkiyə
- Ukrayna
- Birləşmiş Krallıq (BK) (İngiltərə, Şotlandiya, Vels, Şərq İrlandiya)
- Vatikan
Ümumilikdə Avropa beş hissəyə bölünür – Qərbi, Şərqi, Cənubi, Şimali və Mərkəzi Avropa. Qərbi, Şərqi və Şimali Avropaya nisbətən Cənubi Avropada daha çox ölkə yerləşir. Qərbi Avropa iqtisadi cəhətdən ən inkişaf etmiş regiondur. Avropada 43 dövlət var. Bəzi ölkələrin ərazisi tam olaraq Avropada yerləşməyib. Tamamilə Avropada yerləşən ən böyük ölkə Ukraynadır. Türkiyə Avropada 3% hissəyə malikdir. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun məlumatına görə Azərbaycanın Avropaya düşən hissəsi 1/16 hissə təşkil edir. Bu ərazilərə Qusar rayonu, Quba, Şabran, Xaçmaz və Xızı rayonlarının bir hissəsi, Sumqayıt şəhəri və Novxanı daxildir. Avropanın hüdudları Abşeron rayonun Zirə qəsəbəsində bitir.
Sərvətinə görə ən zəngin Avropa ölkələrinin siyahısına Danimarka liderlik edir. Siyahını Niderland, İsveç, Lüksemburq, Belçika, Fransa davam etdirir. Ən yoxsul ölkələrin sıralamasına Rumıniya başçılıq edir. Rumıniyanı Slovakiya, Bolqarıstan, Polşa, Xorvatiya, Latviya təqib edir.
Dünyanın ən xoşbəxt ölkələri siyahısına da Avropa olkeleri başçılıq edir. 2023-cü ilin məlumatına görə Finlandiya aradıcıl olaraq artıq 6-cı dəfədir ki, birinciliyə layiq görülür. Danimarka, İslandiya, Luksemburq, Holandiya da dünyanın ən xoşbəxt ölkələri hesab olunur.
Avropaya seyahet
Avropa olkeleri həm də səyahət üçün ən çox üstünlük verilən ölkələrdir. Səyahətçilərin fikrincə Avropada gəzmək üçün ən gözəl ölkə İtaliyadır. Siyahını İslandiya, Yunanıstan, Xorvatiya və Norveç davam etdirir. Türkiyədə istirahət edənlər bu ölkəni 12-ci yerə layiq görüblər. 2023-cü ildə səfər edilə biləcək ən ucuz maliyyətli Avropa ölkələri Macarıstan, Portuqaliya, Sloveniya, Bolqarıstan, Rumıniya, Slovakiya və Moldovadır.
Statistikaya görə Avropada xarici turistlərin ən çox ziyarət etdiyi ölkə Fransadır. Dünyanın ən çox ziyarət edilən attraksionu Parisdəki Eyfel qülləsi və Disneyland əyləncə parkıdır. Çexiyadakı Praqa qalası dünyanın ən böyük qalası hesab olunur. Hər il on minlərlə turist buranı ziyarət edir. Neolit dövrünə aid, Şimali Avropada ən qədim daş evi – Knap Hovar Şotlandiyada yerləşir. İsveçrə, İrlandiya, Sloveniya, Norveç, Xorvatiya və Yunanıstan öz təbiəti ilə hər zaman turistlərin diqqət mərkəzində olmuşdur.

Macarıstan. Budapeşt
Siyasi, iqtisadi gücü ilə yanaşı dünya mədəniyyətinə töhfə vermiş ölkələrinin sırasında ilk beşlikdəki ölkələrdən dördü məhz Avropa ölkələri – İtaliya, Fransa, Böyük Britaniya və İspaniyadır. İtaliya, Fransa, İspaniya dəbin paytaxtı hesab olunur. Dünyanın ən bahalı restoranlarında Fransa mətbəxi və İtaliya mətbəxi istifadə olunur. Edinburgh, Belçika, Almaniya, Portuqaliya, İspaniya isə dünyanın ən böyük sənət festivallarına ev sahibliyi edir.
Avropada tehsil ve karyera
Avropa olkeleri həm də xaricde tehsil almaq istəyən gənclərin diqqət mərkəzindədir. Avropa ölkələrində bakalavr və magistr təhsili gənclərə xaricdə karyera imkanı, dil biliklərinin inkişaf etdirilməsi üçün imkanlar yaradır. Bakalavr təhsili verən ən yaxşı Avropa ölkələri Almanya, İngiltərə, Fransa və İtaliyadır. Avropada təhsil ala biləcəyiniz ən yaxşı universitetlər Münhen Texniki Universiteti, Oksford Universiteti, Kembric Universiteti, PSL Universiteti, Ecole Polytechnique Universiteti, Bolonya Universiteti, Lund Universiteti, Uppsala Universitetidir. Dünyanın ilk universitetləri də elə Avropada yaradılmışdır. Avropada ən qədim Universitet isə XI əsrdə Salernoda yaradılmış Tibb Universitetidir. Boloniya Universiteti 1100-cü ildən, Oksford universiteti 1167-ci ildən fəaliyyət göstərir.
Dünyada ən çox danışılan ikinci dil İspan dili, ən çox danışılan üçüncü dil isə İngilis dilidir. Yanaşı olaraq Fransız dili və İngilis dilinin dünyada ən çox danışılan dillər olması müstəmləkə dövrününün bugünə daşınanan ənənələrindən biridir. Avropa ölkələrində fərqli xarici dildə danışmağa üstünlük verilmir. Avropada yaşamaq, təhsil almaq və ya səyahət etməyə hazırlaşırsızsa gedəcəyiniz ölkənin dilini az-çox öyrənməyə cəhd etməlisiniz.
Avropa haqqında daha ətraflı məlumat üçün klikləyin. Eyni zamanda müxtəlif maraqlı məlumatlar üçün bloqumuzu izləyə bilərsiniz.