NAXÇIVANDA GƏZMƏLİ YERLƏR – Siyahı

Azərbaycanın ən qədim şəhərlərindən biri olan Naxçıvanın gəzməli yerləri ilə yaxından tanış olaq. Yaxın əyləşin, Naxçıvanın ən gəzməli və görməli yerlərinə qısa səyahətə çıxaq.

Əlincə Qalası

  • Əlincə Qalası. Naxçıvanda gəzməli yerlər
  • Əlincə Qalası. naxcivanda gezmeli yerler
  • Əlincə Qalası. naxcivanda gezmeli yerler

Əlincə qalası Culfa rayonun Xanəgah kəndinin Əlincəçayının sağ sahilində yerləşən tarixi-memarlıq abidəsidir. Naxçıvanın dağları üzərində qurulan qala incilərindən hesab olunan qalanın tarixi yaşı XIV əsrdən çoxdur. 14 il müddətində Teymurilərə təslim olmayan Əlincə Qalası “Yenilməyən Qala” adı ilə tarixə həkk olunmuşdur.
Peru ölkəsinin məşhur antik şəhəri Maça Piçu Əlincə Qalasının oxşarlığı xüsusilə diqqət çəkir. Hər il minlərlə insanların ziyarət etdiyi qala “Mərkəzi Asiyanın Maça Piçusu” adlandırılır. Naxçıvan turizm sahəsində xaricilərin bura gəlməsində vacib bir mövqe tutur. Naxçıvana səyahət edənlərin mütləq siyahısında olmalıdır.

Əshabi-Kəhf

Culfa rayonunnda yerləşən Əshabi-Kəhf mağarası Şərqin ən məşhur mağaralarından biri, eyni zamanda Azərbaycanın ən böyük piridir. “Əshabi-Kəhf ziyarətgahı” dini-mədəni abidə kompleksinə hər gün yüzlərlə yerli və xarici insanlar bu ocağa gələrək ziyarət edirlər. Həmiçinin bura gələcək insanların rahatlığı üçün quruculuq işləri aparılıb, rahatlıq təmin edilmişdir.
Maraqlı fakt: Əshabi-Kəhf mağarası ilə bağlı Qurani-Kərimdə yazılan rəvayətə görə, İslam dinini qəbul edən insanlar onları güdənlərdən qorunmaq üçün bir itlə bərabər buraya sığınmışlar. Tanrı ona inanan bu gəncləri dərin yuxuya aparmış, bir neçə əsr sonra yuxudan oyanan bu gənclər yeni dünyaya ayaqlaşmayıb, yenidən sonsuz yuxuya qərq olmuşlar. Naxçıvan əhalisi arasında bu rəvayətə inanılır.

Möminə Xatun Türbəsi

Möminə Xatun Türbəsi – Şərqdə Azərbaycan qadının statusunun ilk təsdiqi hesab olunan türbə 1186-ci ildə məşhur memar Əcəmi Naxçıvani tərəfindən inşa edilmişdir. Həmin dövrdə Atabəylər dövləti hakimiyyətdə idi. Dövlətinin başında Atabəy Şəmsəddin Eldəniz dururdu. O, həyat yoldaşı Möminə Xatunun şərəfinə məzarı üzərində bu türbəni tikdirib. 1998-ci ildə UNESCO-nun memarlıq ehtiyat siyasına düşmüşdür. Möminə Xatun türbəsi Atabəylər dövründən qalan yegabə abidədir. Naxçıvanın görməli yerlərinə yolunuzu Möminə Xatun türbəsindən mütləq salın.

Əhvalata görə, Memar Əcəmi bu türbəni tikib qurtardıqdan sonra Atabəy Şəmsəddin Eldənizin oğlu Məhəmməd Cahan Pəhləvan onu sarayına dəvət edir. Əcəmidən soruşur: belə bir ikinci möhtəşəm abidəni başqa bir yerdə tikə bilərsən? O da cavabında bildirir ki, bundan da qəşəngini tikərəm. Əcəmini ötürdükdən sonra Məhəmməd Cahan Pəhləvan vəzirinə əmr edir ki, onun boynunu vursun. Məhəmmdə Cavab Pəhləvan cavabında deyir ki, “Mənim anamın məzarından gözəl məzar ola bilməz”.

Gülüstan Türbəsi

Gülüstan Türbəsi – XII əsr Azərbaycan memarlığının ən qiymətli əsərlərindən olan, böyük memar Əcəmi Əbubəkir oğlu Naxçıvani tərəfindən inşa edilmişdir. Naxçıvan ərazisində Əcəminin Möminə Xatun, Yusif ibn Küseyir, Qarabağlar türbələri ilə yanaşı Gülüstan türbəsi də  nadir sənət nümunələri siyahısına daxil olmuşdur.

Qülləvari formada tikilən türbə müxtəlif cür naxışlarla, bir-birindən fərqli mənalara gələn həndəsi oyuqlarla tariximizin qədim nümunələrindəndir. Gülüstan türbəsinə getsəniz, Gülüstan və Arazın hekayəsini yerlilərdən xüsusilə dinləməyi unutmayın.

Gülüstan Türbəsi. naxcivanda gezmeli yerler
Gülüstan Türbəsi

Batabat Gölü

Dünyanın yeganə üzən adası hesab edilən Batabat Gölü Naxçıvan şəhərinin Şahbuz rayonunda yerləşir. Heyrətamiz mənzərəsi ilə seçilən Batabat Gölü uçqun və sürüşmədən yaranan şirin su gölüdür. Dənizdən 2500 metr yüksəklikdə yerləşən “Batabat – Üzən Göl” üzən torf adasını görə bilərsiniz. Yay aylarının istiliyini Batabat gölünün suyunun sərinliyi ilə unadacaqsız.

Gölün şirin suyu mədə-bağırsaq xəstəliklərinin müalicəsində çox effektivdir. Yerli və xarici turistlərin cəlb edən Batabat gölü mülayım iqlimi ilə hər mövsümdə insanlara ev sahibliyi edir.

Batabat gölü. naxcivanda gezmeli yerler
Batabat gölü

Naxçıvan Xan Sarayı

Naxçıvan Xan Sarayı – XVIII əsrə aid tarixi-memarlıq abidə Naxçıvan şəhərinin ən görkəmli yerlərindən biridir. Şərq memarlıq üslubunda tikilmiş abidə 2 mərtəbəli bina olub, zirzəmi və 8 otaqdan ibarətdir. 1998-ci ildə Xan Sarayı digər bir adı Naxçıvan Xalça Muzeyi kimi fəaliyyətə başlamışdır. Xüsusilə xaricdən göz oxşayan məkan Naxçıvana xas olan müxtəlif ölçülü taxçalardan, şəbəkələrdən istifadə olunub. 

Muzeydə eksponatların sayı 2000-dən çox, 359 isə xalça eksponatıdır. Naxçıvan Xan Sarayına ziyarət edərək həm Naxçıvan tarixi, həm də xalçaçılıq və onun növləri ilə yaxından tanış ola bilərsiniz.

  • Naxçıvan Xan Sarayı
  • Naxçıvan Xan Sarayı.
  • Naxçıvan Xan Sarayı.
  • Naxçıvan Xan Sarayı.

Naxçıvanın görülməli yerlərin sayıb qurtara bilmərik:D

Aşağıdakı videoya keçid edib, Naxçıvan haqqında daha ətraflı baxa bilərsiniz.

Bloqumuza keçid edərək digər mövzulara da nəzər yetirin.

Similar Posts