Üz Maskası – Maskaların hazırlanması

Üz maskları - Maskaların Hazırlanması

Üz maskları – tərkibi üz üçün faydalı olan komponentlərdən ibarət olan kimyəvi qarışımdır. Üz üçün hazırlanmış maskalar bir başa problemə təsir göstərərək tez bir zamanda effektiv şəkildə nəticəni gözlə görmək mümkün olur. Üz maskaları tərkibinə və hazırlanma qaydasına görə bir neçə qrupa bölünür. Həmçinin, maskalar funksiyasına və konsistensiyasına görə bölünür.

Funkasiyasına görə üz maskaları aşağıdakı seqmentlərə bölünür:

üz maskaları – Təmizləyici üz maskası:

Təmizləyici maskalar üz dərisini dərindən təmizlənməsi üçün nəzərdə tutulub. Belə ki, təmizləyici maskalar əsasən dərini makyaj qalıqlarından təmizləyir, qara nöqtələrin, akne və s. yaranmasının qarşısını alır.

Üz Maskaları – Qidalandırıcı üz maskası:

Ətraf mühit faktorları, genetik faktorlara görə yarana bilən dəri qırışları ən çox rast gəlinən dəri problemlərindən biridir. Qidalandırıcı maskalar əsasən dəridəki qırışları aradan qaldırmaq,qırışların yerləşdiyi bölgədə təravət və yenilənmə təmin etmək üçün istifadə edilir. Bu tip hazırlanmış qidalandırıcı masklar əsasən yaşlanmış dəriyə tətbiq edilir.

Üz Maskaları – Ağardıcı üz maskası:

Ağardıcı üz maskaları ağardıcı təsir göstərərək üzdə olan piqment ləkələrini aradan qaldırır, dərinin rəngini və toxumasını bərabərləşdirir.  Müxtəlif məqsədlər üçün istifadə edilən və bütün dəri tiplərinə uyğun olan üz maskalarına ev şəraitində hazırlaya bilərsiniz.

Ev şəraitində üz maskalarının hazırlanması olduqca rahat və praktikdir. Ev şəraitində üz masklarını hazırlayarkən əsas diqqət edəcəyiniz məqam dəri tipinin düzgün seçilməsidir. Üz maskalarının istifadəsində əsas məqsəd dərinizin baryerini gücləndirmək, dərinizin nəmliyini və canlılıöını təmin etməkdən ibarətdir.

Qeyd etdiyimiz kimi, dərinizin parlaq və canlı görünməsini istəyirsinizsə bu zaman aşağıda qeyd etdiyimiz ev şəraitində hazırlana bilən üz maskalarından istifadə edə bilərsiniz: Yağlı dəri tipi üçün üz maskaları əsasən məsamələri kiçiltmək və daraltmaq məqsədi daşıyır.

  • 1. Yulaf maskası dəridə olan məsamələri sıxlaşdıraraq dəridəki artıq yağı, ölü dəri hüceyrələrini yox edən möcüzələrdən biridir.

Hazırlanması – 1 x\q bal, 1 ç\q süd tozu, 1 x\q yulaf əzməsini qarışdırıb xəmir halına salın. Daha sonra maskanı üzünüzə çəkib dairəvi hərəkətlərlə masaj edin. 15 dəqiqə sonra üzünüzü soyuq suyla yuyun. Yulaflı üz maskasını həftədə 1 dəfə tətbiq etmək olar. 

uz maskası, yulaflı üz maskası
  • Aloevera ilə üz maskası:

Hazırlanması – 1 ədəd yumurta, 2-3 y\q aloevera jeli, 1 ç\q tünd şəkər tozu, 2 y\q arpa unu. Qeyd edilən məhsulları qarışdıraraq maska halına gətirdikdən sonra üzə tətbiq edilir, 15-20 dəqiqə sonra soyuq su ilə üzünüzü yuyun. 

  • Gil maskası: Gil maskanın faydası dəridə gözlə görünən rəng fərqini aradan qaldırması və dərini tək rəng etməsidir. Müntəzəm istifadə edildikdə dəridə sızanaq və günəş ləkələrini də azaldır. Gil maskası qocalma prosesini gecikdirən təsirə malik olmaqla yanaşı, həm də dərinin yağ tarazlığını təmin edirək dərini yeniləyir və təravətləndirir.

Hazırlanması – 2 x\q gili bir 150ml gül suyu ilə qarışdırıb xəmir halına salın. Alınmış qarışımı üzünüzə çəkib quruyana kimi (15-20 dəqiqə) gözləyin. Sonra üzünüzü ovuşduraraq qurumuş maskanı təmizləyin, sonda isə soyuq suyla yuyun. Həftədə 2 dəfə bu maskadan istifadə edin. 

Similar Posts