Avropada iş İmkanları – Avropada yaşayış

Avropda iş

Son zamanlar ən çox cavab axtarılan suallardan birinin Avropada iş tapmaq üçün nə etməliyəm? ‘Başqa ölkəyə necə mühacirət edə bilərəm?‘ olduğunu görürük. Dünyanın hər yerində öz ölkəsinin və cəmiyyətinin standartlarından qane olmayan insanlar bir çox fərqli səbəblərlə təkbaşına və ya ailələri ilə birlikdə müxtəlif ölkələrə macəraya yollanırlar. Təbii ki, bu vəziyyətin mütləq daimi köç olması şərt deyil.

Siz karyeranızı inkişaf etdirmək, həyat təcrübəsi qazanmaq və ya başqa müxtəlif səbəblərdən qısa müddətlik də olsa xaricdə yaşamaq istəyə bilərsiniz. Vətəndaşlarımız Avropanın bir çox ölkələrində; Polşa, Almaniya, Norveç, Çexiya, Latviya, Litva kimi ölkələrdə yaşayırlar.


Hazırda qeyd edilən ölkələrdə biz sizə zavod ve fabriklərdə iş təklif edirik. Avropada iş imkanları Avropanın işçi qüvvəsinin əksəriyyəti xidmət sektorunda olsa da, məşğulluq bir çox sahələrdə təmin edilir. Azərbaycandan Polşaya işləmək üçün köçənlərin içki, kimya, kömür mədəni, qida emalı, dəmir-polad, şüşə, maşınqayırma, gəmiqayırma və tekstil sektorlarında işlədikləri müşahidə edilir. Polşada azərbaycanlılar üçün iş imkanları, əgər onlar polyak dilini yaxşı bilirlərsə, kifayət qədərdir. Lakin dil biliyinin olması önemli değil. Vətəndaşlarımız Polşada xarici dil bilmədikləri halda belə işlə təmin oluna bilərlər. Bəs Polşada işçilərin hansı hüquqları var? Polşada iş saatı gündə 8 saatdan, beş günlük iş həftəsində isə 40 saatdan çox deyil. Polşada əlavə iş vaxtı ilə hesablanan həftəlik iş vaxtı 48 saatdan çox olmamalıdır. Polşada çevik iş vaxtlarından istifadə olunur ki, bu da işçilərin daha rahat işləməsinə imkan verir. Polşada bütün işçilər gündə ən azı 11 saat fasiləsiz istirahət və həftədə ən azı 35 saat və ya müəyyən hallarda ən azı 24 saat fasiləsiz istirahət hüququna malikdirlər. Polşada işçinin gündəlik iş vaxtı 6 saat və ya daha çox olarsa, işçinin işdən 15 dəqiqə fasilə vermək hüququ var. Polşada işəgötürən yemək və ya iş vaxtına daxil olmayan şəxsi məsələlər üçün 60 dəqiqəyə qədər fasilə verə bilər. Polşada adambaşına düşən milli gəlir nə qədərdir? Dünya Bankının 2020-ci il məlumatlarına görə Polşada adambaşına milli gəlir 33,220 ABŞ dollarıdır. Dünya Bankının 2020-ci il məlumatlarına görə Polşa 15,656 ABŞ dolları ilə adambaşına düşən ümumi daxili məhsula görə 189 ölkə arasında 65-ci yerdədir. Ümumi daxili məhsul və adambaşına düşən milli gəlir dəyərləri vasitəsilə Polşada yaşayış şəraiti və Polşa iqtisadiyyatı haqqında təsəvvürə malik olmaq mümkündür. Polşada hazırda sadə işlərdə əmək haqqı 500-600 avrodan başlayır. İxtisas sahibi işçilər ( məsələn, usta) daha yüksək maaşdan -800 avrodan işə başlaya bilərlər və zamanla maaşlar qalxır. Bəs bunun üçün nə etmək lazımdır? Bunun üçün siz Cleverest Academy şirkətinə müraciət edə bilərsiniz.

Daha ətraflı məlumat üçün +994 55 755 11 44 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Similar Posts