İtalyan Tort Resepti – Tiramisu Deserti

tort resepti

Hər bir şiniyyat sevənin ən azından bir favorit tort resepti olmalıdır və bugünki desertimiz, yeni bir resept olmasa da, məhz Tiramisu haqqında olacaq.

Klassik Tiramisu tortu İtaliyada top-10 desertlər arasında yer tutur. Bu tort resepti İtaliya mətbəxinin ən məhşur desert reseptlərindən biridir. Görünüşü sadə, hazırlanması asan, unudulmayacaq dadı olan tort resepti.

Kassik tiramisu reseptinin özəllikləri nədir?

Bütün dünyada məşhur olan Tiramisunun vətəni İtaliyadır.
Burada klassik Tiramisu reseptinə mütləq qaymaqlı Mascarpone pendiri, toyuq yumurtası, qəhvə, şəkər və biskvit peçenyesi daxildir, desertin üzərinə adətən kakao tozu səpilir.
Klassik Tiramisu tortu reseptinin üstünlüyü – çiy yumurtasız və çox yüngül olmasıdır.

Bu zəngin dadlı tiramisu desertini bu reseptlə mütləq sınayın!

Reseptdə göstərilən miqdarda inqrediyentlərdən təxminən 12-15 porsiyalıq tort hazırlanır.

Məşhur İtalyan deserti – klassik Tiramisu tort resepti

Mətbəx: İtaliya

Hazırlanma vaxtı: 30-40 dəq.

Porsiya: 12-15 nəfər

bu tort resepti üçün bizə lazım olanlar:

  • 1.25 (295ml) fincan qəhvə
  • 6 xörək qaşığı rom
  • 6 böyük yumurta sarısı
  • 0.75 (150 q) stəkan şəkər
  • 0.25 çay qaşığı duz
  • 1 çay qaşığı vanil ekstraktı
  • 2 stəkan (475ml) yağlı krem ​​(soyuq olmalıdır)
  • 453 q Mascarpone pendiri
  • 40 əd. “damskiye palçiki” (Savoyardi) peçenye
  • 2 xörək qaşığı kakao tozu

Hazırlanma qaydası:

Zabalyone

hazir zabalyone tort resepti tiramisu ucun zabolyoni hazirlanmasi
  1. İlk öncə, yumurta sarısını şəkər (və ya şəkər tozu) ilə qarışdırın
  2. “Su hamamı” hazırlayın və şəkər (və ya şəkər tozu) olan qabın dibinin suya dəymədiyinə əmin olun
  3. Daha sonra şəkər həll olunana qədər daim çalın, solğun sarı bir rəng aldıqda və kütlə qatılaşdəqda oddan götürün
  4. Ən sonda rom və qəhvəni qarışdırın

Zabalyone hazırlanması tiramisunun ən çətin hissələrindən biridir. Yüksək atəşdə tez bişirsəniz yumurta bişib qayğanaq olanaq, qatılaşmamış isə oddan götürsəniz tamamlanmamış sulu krem əldə edəcəksiniz

Krem Maskarpone

krem maskarpone tiramisu tort resepti ucun krem hazirlanmasi
  1. Böyük bir qabda yağlı kremi yumşaq çalın (istəyə görə-daha çox bərkiyənədk çala bilərsiniz).
  2. Mascarpone pendirini ayrıca böyük bir qaba qoyun və hamarlanana qədər qarışdırın. Həddindən artıq qarışdırılsa, çox yumşalacaq.
  3. Yavaş-yavaş soyudulmuş zabolyini mascarpone ilə tamamilə birləşənə qədər qarışdırın.
  4. Mascarpone qarışığını və çırpılmış kremi tam qarışana qədər çırpın.

Tortun yığılma qaydası:

  • “Damskiye palçiki” peçenyelərinin uclarından tutun və peçenyelərin yarısını qəhvə və rom qarışığı ilə doldurulmuş dayaz bir qaba uzununa batırın, sonra digər yarısını çevirib batırın. Peçenyeləri çox islatmaq olmaz, əks halda tiramisu çox islaq olacaq
  • Peçenyeləri 9×13 olçülü qabın dibində bərabər təbəqəyə düzün. Qabın boş yerlərini doldurub dibini tam ortmək üçün, bir neçə peçenyeni qırmalı olacaqsınız
  • Peçenyelərin üstünə maskarpone içliyinin yarısını yayın
  • Üstünə bir qaşıq kakao tozu səpin
  • Kremin üstündən daha bir qat peçenyə düzün
  • Sonra daha bir qat kremin qalan yarısını çəkin
  • Daha bir qaşıq kakao tozu səpin

Qida üçün polietilen streyç-plyonka ilə örtün və 6 saat və ya bir gecədə soyuducuda saxlayın. Servis etməzdən əvvəl bir qaşıq kakao tozunu səpin.

İndi əsl klassik Tiramisu tortunu bu reseptlə evdə asanlıqla hazırlaya bilərsiniz!

Bu Tiramisu reseptini spirtli içki olmadan hazırlamaq olarmı?

Bəli, təbii ki dad fərqi olacaq və eyni zamanda peçenyaları islatmaq üçün qəhvənin miqdarımı artırmalı olacaqsınız.

Tiramisu reseptində romu nə ilə əvəz edə bilərəm?

Siz istədiyiniz digər dadda olan rom, və ya sevdiyiniz digər içki, məsələn, likör ilə əvəz edə bilərsiniz.

Maskarpone pendirini hansı pendir ilə əvəz etmək olar?

Tiramisu reseptində heç Maskarpone pendirini heç bir hansı pendir ilə əvəz etmək məsləhət deyil, çünki bu artıq biskvit tortu resepti olacaq və dadında olan özəlliyi itirəcək.

Tortun sıfırdan hazırlanmasına bu videodan izləyə bilərsiniz.

Dünya mətbəxlərinin ən məşhur reseptləri ilə bloqumuzda tanış ola bilərsiniz.

Similar Posts