Lahmacun resepti I 5 dadlı lahmacun növü I Pop.az

lahmacun resepti

5 fərqli Lahmacun resepti: 1.Tavada lahmacun 2.Əsl türk lahmacunu 3.Sadə lahmacun 4. Vegetarian 5.Pendirli. Lahmacun hazırlanması 9 addımda. Reseptlər çox Sadə, Asan və Dadlıdır.

Lahmacun, ənənəvi olaraq Türkiyə mətbəxinə məxsus olan və həm də Azərbaycan mətbəxində də bilinən bir yeməkdir. Onun bir çox fərqli növləri var. Bu yazımda 5 fərqli resept ilə sizi tanış edəcəm.

1. Tavada lahmacun resepti

Tərkibi:

İçlik üçün:

350 qram dana qiymə
2 ədəd qırmızı bibər
2 ədəd soğan
2 ədəd pomidor
3 ədəd yaşıl bibər
Yarım dəstə cəfəri
1 çay qaşığı duz
1,5 çay qaşığı istiot
1,5 çay qaşığı qırmızı bibər tozu və pul bibər (hər 2-si)
1 çay qaşığı pomidor və bibər tomatı (hər 2-si)
2 xörək qaşığı maye yağ

Lahmacun xəmiri resepti:

5 stəkan un
2 stəkan su
1 çay qaşığı duz
1 çay qaşığı şəkər tozu


Lahmacun hazırlanması 9 addımda

1. Bir qabda un, duz, şəkər tozu və suyu qarışdırıb 10 dəqiqə yoğurun, streçləyib 30 dəqiqə gözlədin
2.
Pomidor, soğan, yaşıl bibər və cəfərini incə şəkildə doğrayın.  
3. Qiymə, tomat və ədviyyatları əlavə edərək qarışdırın.
4. Xəmiri bərabər hissədəkündələrə ayırın. Təxmini 10-11 ədəd olacaq(Digərlərinin qurumaması üçün üzərlərini örtün)
5. Tavanı zəif odda isidin və içinə azca un səpin.
6. Kündəni yüngül unlayaraq oxlovla nazik yayın.
7. İçliyi açılmış xəmirin üzərində barmaq uclarınızla bərabər şəkildə yayın.
8. Lahmacunu isidilmiş tavaya yerləşdirin və altıqısıq ocaqda qapağı bağlı şəkildə 5 dəqiqə bişirin.
9. Daha sonra qapağı açıq şəkildə 5 dəqiqə təkrar bişirin.

 Və budur artıq tam hazırdır. Nuş edin 😊

Qeyd: Tavada lahmacun reseptini hazır lavaşla da edə bilərsiniz. Daha ətraflı bu linkdə:

2. Əsl türk lahmacun resepti

Əsl türk lahmacun resepti

İçliyi:

  • 2 ədəd qırmızı bibər
  • 3 ədəd yaşıl bibər
  • 2 orta ölçülü soğan
  • 1 dəstə cəfəri (petruşka)
  • 2 ədəd pomidor
  • 1 yemək qaşığı pomidor tomatı
  • 1 yemək qaşığı bibər tomatı
  • 1/2 çay qaşığı pul bibər
  • 1 çay qaşığı qırmızı bibər
  • 1 çay qaşığı duz
  • 1 çay fincanı maye yağ
  • 1/4 stəkan su
  • 500 qram yağlı dana qiyməsi

Xəmiri:

  • 5 stəkan un
  • 2 stəkan su
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı toz şəkər

3.Sadə lahmacun resepti

sadə lahmacun resepti

İçliyi:

350 qram qiymə
2 ədəd pomidor
2 ədəd soğan
2 xörək qaşığı tomat
1 çay qaşığı duz/qara/qırmızı istiot
1 xörək qaşığı sirkə
½ dəstə cəfəri

Xəmiri:

4 stəkan un
2 stəkan ilıq su
1 çay qaşığı duz və şəkər tozu
1 xörək qaşığı  maya və duru yağ

4. Vegetarian-Ətsiz lahmacun resepti

vegeterian lahmacun resepti

İçliyi:

  • 2 ədəd pomidor (iri ölçülü)
  • 2 ədəd soğan (orta ölçülü)
  • 2 ədəd acı bibər və qırmızı kapya bibər
  • 2 diş sarımsaq
  • Yarım dəstə şüyüd və cəfəri
  • 1 yemək qaşığı tomat pastası və qırmızı bibər pastası
  • Yarım stəkan qovrulmuş fındıq
  • 1,5 çay qaşığı duz
  • ¼ çay qaşığı qara istiot və pul bibər
  • yarım çay qaşığı keşniş tozu
  • 3 yemək qaşığı zeytun yağı
  • 3 yemək qaşığı narşərab
  • 10 ədəd lavaş
  • Qeyd: Xiyar turşusu, soğan-cəfəri-sumaq və limonla servis edə bilərsiniz.

Xəmiri:

Hazır lavaş

Reseptin videosu

5. Pendirli lahmacun resepti

pendirli lahmacun resepti

Tərkibi:

İçlik üçün:
1 ədəd balaca ölçülü soğan
300 qram lor pendiri (ya da az yağlı bəyaz pendir)
2 budaq rozmarin
1/3 dəstə cəfəri

1 çay qaşığı bibər tomatı
yarım stəkan zeytun yağı
1 çay qaşığı qara bibər və qırmızı bibər

Xəmiri:
2,5 stəkan tam buğda unu
3/4 stəkan su
1 çay qaşığı duz
Xəmiri yağlamaq üçün:
2 yemək qaşığı zeytun yağı



Daha detallı burada:
https://yemek.com/tarif/peynirli-lahmacun/

Similar Posts