Pancake resepti | Evdə hazırlanacaq pankeyk resepti
Pancake resepti – Ev şəraitində pankeykin hazırlanması
Çox asan və tez hazırlanan sadə pancake resepti sizə təqdim edirik. Yüngül və yumşaq pankekləri səhər yeməyində və yaxud desert kimi süfrəyə şirin souslar, giləmeyvələr, banan və şokoladla verə bilərsiniz. Pankeklər kalorili olduğu üçün onlar adətən səhər yeməyi üçün tövsiyə olunur. Pankeklər nə inki böyüklər tərəfindən həm də uşaqlar tərəfindən çox sevilir.
Tərkibi:
2 ədəd yumurta
3 xörək qaşığı şəkər tozu
2 stəkan süd
3 xörək qaşığı duru yağ
2,5 stəkan un
1 paket qabartma tozu
1 paket vanil
1 çimdik duz
Hazırlanma qaydası:
İlk öncə yumurta, duz və şəkər tozunu mikserlə və yaxud çırpıcıyla yaxşıca çırpın. Üzərinə 1 stəkan ilığ süd əlavə edib qarışdırın. Sonra ələnmiş unu, qabartma tozu ilə vanili az-az əlavə edib qarışdırmağa davam edin. Bitki yağı da əlavə edib qarışdırın. Xəmir bir az duru olmalıdır ki, tavaya tökdükdə xəmir yayıla bilsin. Hazır kütləni 10 dəqiqə isti yerdə saxlayın. Daha sonra tavanı yaxşıca isidib, balaca çömçə ilə xəmiri tavaya tökürük. Iki tərəfli bişiririk və budur pankeklərimiz hazır. Nuş olsun!
Pəhrizli almalı pancake resepti
Almalı pankek yüngül, dadlı və tam fitnes səhər yeməyidir. Ən aşağı kalorili və eyni zamanda ən sürətli pankeklər unsuz bişirilir. Büdcəsi az almalı pankeklər şəkərsiz və unsuz hazırlanır. Burada şəkər alma, un isə yulaf əzməsi ilə əvəz edilir. 100 qram üçün kalori: 145 Kcal.
Tərkibi:
1 ədəd yumurta
1ədəd yaşıl alma
3-4 xörək qaşığı yulaf əzməsi
1 paket qabartma tozu
1 paket vanil
Hazırlanma qaydası:
Ilk öncə bir ədəd yumurtanı mikserlə və yaxud çırpıcıyla yaxşıca çırpın. Üzərinə üyüdülmüş 3-4 xörək qaşığ yulaf əzməsini əlavə edib qarışdırın. Daha sonra rəndələnmiş yaşıl alma, 1 paket qabartma tozu və 1 paket vanil əlavə edin. Hazır kütləni 10 dəqiqə isti yerdə saxlayın. Daha sonra tavanı yaxşıca isidib, balaca çömçə ilə xəmiri tavaya tökürük. Pəhrizli pankek yağsız olduğu üçün yaxşı isinmiş və yapışmayan bir tavada bişirilir. Bu növ pankeki almanı armud ilə əvəz edə bilərik.
Qatıq ilə banan pəhrizli pancake resepti
Yağı olmayan qatıq ilə ən aşağı kalorili və eyni zamanda ən sürətli banan pəhrizli pankekin hazırlanması. Ən aşağı kalorisi olan pəhrizli banan pankeklər adətən yumurtasız, unsuz və yağsız hazırlanır. Pəhrizli bananlı pankeklərin hazırlanması üçün lazım olan ingridiyentlərin siyahısını təqdim edirik:
Tərkibi:
1 stəkan yulaf əzməsi
1 stəkan yağı olmayan qatıq
1 banan
1 çimdik duz və soda
Hazırlanma qaydası
Yulaf əzməsini əvvəlcədən qatıqda saxlayırıq. Başqa bir qabda bananı yaxşıca mikserlə çırpın və yaxud çəngəl ilə əzin. Qatıqda islanmış yulaf əzməsi ilə əzilmiş bananı qarışdırırıq. Daha sonra onun üzərinə duz və sodanı əlavə edirik. Pəhrizli bananlı pankeki yağsız bişirdiyimiz üçün yaxşıca isinmiş və yapışmayan tavada bişirilir.
Unsuz pancake resepti
Tərkibi
Yulaf əzməsi-35-40 qram
Süd – 80 ml
Yumurta – 1 ədəd
Qabartma tozu- 1 paket
Şəkər əvəzedici istəyə görə
Hazırlanma qaydası
Çox asan və tez hazırlanan unsuz pəhrizli pancake resepti. Bu pəhrizli pankek versiyası unsuz bişirilir. 35-40 qram yulaf əzməsini xırda-xırda doğruyuruq. 80 ml ilığ mayalanmış südün içinə tökürük. 20 dəqiqə isti yerdə saxlayırıq. Həmin mayənin üzərinə 1 ədəd yumurtanı əlavə edirik. Daha sonra bir paket qabartma tozu və istəyinizə görə şəkər əvəzedici əlavə edirik. Yaxşı qarışdırdıqdan sonra isidilmiş və yapışmayan tavada pankekləri bişiririk.