Avtomobil Siğortası haqqında bilməli olduqlarımız

Avtomobil siğortası

Avtomobil siğortası nədir?

Avtomobil siğortası sizi qanuni tələblərə uyğun olaraq, baş verə biləcək yol nəqliyyat hadisələri zamanı maddi risklərdən qoruyur. Ümumi olaraq avtomobil siğortası iki növdə təqdim olunur: icbari siğorta və kasko siğorta. Bu haqda ətraflı məlumat almaq, avtomobil siğortasıicbari siğorta ilə əlaqəli qanun və prosedurları öyrənmək istəyirsinizsə, bu yazını sona qədər oxumağınızı tövsiyə edirik.

İcbari siğorta haqqında

Avtomobilin icbari siğortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikası ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. İcbari avtomobil siğortası, sürücülər üçün vacib və məcburi bir tələbdir.

Avtomobilin icbari siğortası olmadığı və ya müqavilə müddəti bitdiyi zaman Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən, fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilirlər.

Avtomobil siğortası yoxlanılması

Avtomobil siğortası

Avtomobilin icbari siğortasının yoxlanılması İSB sistemi vasitəsilə edilə bilər. Bununla yanaşı avtomobilin dövlət qeydiyyat nişanını 9707 qısa nömrəsinə göndərməklə də avtomobilin icbari sığortasının olub, olmamasını və hansı sığorta şirkətində sığortalandığı barədə məlumat əldə etmək mümkündür.

Avtomobilin İcbari siğorta qiyməti necə hesablanır?

Avtomobil siğortası

Edilən dəyişikliklərə əsasən, 2022-ci il oktyabr ayının 1-dən etibarən, nəqliyyat vasitələrinin icbari siğorta haqlarının yeni qayda ilə hesablanmasına başlanılıb. Dəyişikliyə uyğun olaraq, siğorta şirkətləri artıq risk əsaslı siğorta haqlarının hesablanması qaydalarına keçib.

Bu o deməkdir ki, əvvəllər siğorta haqlarının hesablanmasında yalnız nəqliyyat vasitəsinin mühərrik həcmi, tipi nəzərə alınırdısa, indi nəqliyyat vasitəsinin istismar müddəti, idarə olunduğu ərazi, həmçinin nəqliyyat vasitəsini idarə edən şəxsin yaşı, sürücülük təcrübəsi və digər faktorlar da nəzərə alınır.
Əgər yol nəqliyyat hadisəniz azdırsa, gələcək dönəmlərdə daha az siğorta haqqı ödəyəcəksiniz. Əgər hadisəniz çoxdursa, o zaman siğorta ödənişiniz də artacaq.

Bundan başqa yeniliklərə əsasən, artıq yol nəqliyyat hadisəsi baş verən zaman zərərçəkən şəxsin zərərverən şəxsin siğorta şirkətinə müraciət etmək məcburiyyəti yoxdur. Hadisə baş verdikdə, zərərçəkən şəxs öz siğorta şirkətinə hadisə barədə məlumat verir və zərərini öz siğorta şirkəti vasitəsilə təmin edir.

İstisna hal kimi hadisəyə iki və daha artıq nəqliyyat vasitəsinin qarışması qeyd olunur. Bu halda proses köhnə qaydada aparılır.

İcbari siğorta hesablama cədvəli

İcbari siğorta məbləğinin hesablanması üçün aşağıdakı cədvəldəki əmsallara istinad olunur.

Nəqliyyat vasitəsi növünə əsasən siğorta əmsalları

İstismar müddətinə əsasən siğorta əmsalları

Təcrübəyə əsasən siğorta əmsalları

Avtomobilin istifadə olunduğu əraziyə görə əmsallar

Yenilənmiş qərar

Sevimli ev heyvanlarınız üçün düzgün qida seçmək üçün Ev Heyvanı Qidaları – Ən Düzgün Qida Seçimləri yazımıza nəzər yetirin.

Similar Posts