Online ış imkanları

Online iş

Günümüzdə, online iş sahəsi günü-gündən genişlənir və müasir iş dünyasının ən əhəmiyyətli hissələrindən biri halına gəlir. İnternetin və texnologiyanın inkişafı ilə, yeni formaları meydana gəlir və online iş sahəsinin önəmi artmağa davam edir.Hazırda bir çox ölkələr və qlobal şirkətlərin bir hissəsi online iş rejimində işləyə biləcək əməkdaşlara üstünlük verilərər. Azərbaycanda hazırda bu hal geniş yayılmasada bəzi şirkətlər tərəfindən müsbət qarşılanır.

Onlayn İşin Üstünlükləri 

Onlayn işə başlamaq üçün sizə lazım olan şəxsi bir notebook və internetdir. Bir ofisə və digər amillərə ehtiyac yoxdur. Siz Azərbaycanda yaşadığınız halda, dünyanın istənilən ölkəsində fəaliyyət göstərən bir global markda fəaliyyət göstərə bilərsiniz. Bu online işin ən vacib üstünlüklərindən biridir.Online iş hazırda sizin əlavə gəlir mənbəyinizdir. Öz sahənizi yaxşı bilirsinizsə və avropa ölkələrində tanınan sertifikatlara sahibsənizsə o halda online iş elanları saytlarına daxil olub müraciət edərək özünüzü sınaya bilərsiniz.

Online iş necə tapa bilərik?

Hazırda online iş axtaran insanları maraqlandıran suallardan biri budur. Biraz araşdırma etdiyimiz halda çox sayda online iş təklif edən platformaların olduğunu görərik.Bunlara misal olaraq aşğdakı saytları qeyd edə bilərik.

  1. Linkedin: Linkedin, profesionallar və iş axtaranlar üçün ən böyük sosial şəbəkə platformalarından biridir. Öz profilinizi yaradaraq iş axtarışınıza başlaya bilərsiniz.
  2. Indeed: Indeed, dünyanın ən böyük iş axtarış saytlarından biridir. Bir çox fərqli sahədə iş təklifləri təqdim edir.
  3. Glassdoor: Bu platforma iş axtaranlar üçün iş yeri rəyləri, əmək haqqı statistikaları və iş elanları əldə edə bilərlər.
  4. Monster: Monster, müxtəlif sahələrdə iş təklifləri təqdim edən global bir iş axtarış platformasıdır.
  5. CareerBuilder: Bir çox müxtəlif sahədə iş təklifləri və iş axtaranlara kömək üçün karyera məsləhətləri təqdim edir.
  6. SimplyHired: Bu sayt, çeşitli sahələrdə iş elanları təqdim edir və iş axtaranların profilinə uyğun təkliflər göstərir.
  7. Upwork: Freelanserlər üçün olan bu platformda işverenlər və iş axtaranlar bir araya gəlir və müxtəlif sahələrdə layihələr üçün əlaqə qura bilərlər.
  8. Freelancer: Freelancer, bir çox müxtəlif sahələrdə onlayn iş təklifləri üçün bir platformdur.
  9. Fiverr: Fiverr, əməkdaşlıq və layihələr üçün online işlər təqdim edir.
  10. FlexJobs: Bu sayt, onlayn iş və flex işlər üçün təkliflər təqdim edir.

Hansı sahələr üçün onlayn iş elanları üstünlük təşkil edir?

Hazırda bir çox sahə üçün onlayn iş imkanları mövcuddur.Bunlara misal olaraq:

İt sahəsi üzrə daha çox tələb mövcuddur. İt sahəsinin ardınca Rəqəmsal marketinq gəlir. Bu sahə üzrə, dijital marketinq mütəxəssisləri, məzmun yaradıcıları, SEO mütəxəssisləri kimi vəzifələr üzrə online iş elanları üstünlük təşkil edir. 3- cü olaraq tərcümə və dil xidmətləri gəlir.Onlayn fəaliyyət göstərən  tərcüməçilər, dil müəllimləri və dil öyrənmə platformlarında müəllimlərə ehtiyac duyulur.Qrafik dizayn və illüstrasiya-da çox sayda onlayn iş təklifləri mövcuddur.Loqo dizaynerləri, veb dizaynerləri, illüstratorlar kimi yaradıcı sahələrdə işlər çoxluq təşkil edir.

Yuxarıda qeyd etdiyimiz saytlara daxil olaraq öz ixtisasin üzrə onlayn iş imkanları ilə tanış ola bilərsiniz.

Online iş

Similar Posts