Heyvansevər dostlarınız üçün Kreativ hədiyyə ideaları

Kreativ hədiyyə ideaları

Əl işi Hədiyyələr

Kreativ hədiyyə dedikdə ilk ağla gələn təbii ki, əl işi məhsullardır. Xüsusilə şəxsə özəl hazırlanan əl işi əşyalar,aksesuarlar ən ideal hədiyyələrdən hesab olunur. Siz heyvansevər dostunuz və onun sevimli it,pişik və s kimi evcil heyvanının şəkli ilə fərqli formalarda (illüstrasiya, portert,karikatura və s) aksesuar hazırlada bilərsiniz. Fərql,unikal əl işi aksesuarlar hazırlayanlar sizə əvəzolunmaz hədiyyələr təklif edəcəklər. Əl işi hediyyelerin hazırlanmasına sərf olunan əmək və yaradıcılıq isə hədiyyənizə daha çox anlam qatacaq.

Fərqli əl işi aksesuarlar üçün https://www.instagram.com/bluna_accessory/ səhifəsinə keçid edə bilərsiniz

Əl işi Hədiyyələr

Fotosessiya Hədiyyə Etmək

Foto və videolar önəmli,özəl anlarımızı bizimlə gələcəyə daşıyan əvəzolunmaz vasitələrədəndir. Dolayısıyla siz fotosessiya hədiyə etməklə həm öz sevimli dostu ilə maraqlı vaxt keçirtmisinə səbəb olacaqsınız həm də həmin xoş xatirələr həmişəlik qalacaq.

Fotosessiya Hədiyyə Etmək

Həm estetik həm pratik hədiyyə-bitkilər

Şəkil çəkdirməyi sevməyənlər üçün əvvəlki hədiyyə ideyası uyğun olmaya bilər ancaq xüsusilə pişik sahibləri üçün bitkilər hər zaman əvəzolunmaz hədiyyə olacaqdır. Bildiyimiz kimi bitkilər evə estetika və gözəllik verən önəmli detallardandır. Xüsusilə heyvanlar üçün faydalı olan bitkiləri isə həm kiçik,sevimli dostlarımız çox sevəcək həm də digər bitkilərini qorumaq istəyən evcil heyvan sahibi tanışlarımız.

Heyvanlar üçün faydalı bitkilər

Grooming Xidməti

Sağlıq və baxım ev heyvanları sahibləri və kiçik dostlarımız üçün önəmli amillərdir. Dolayısıyla grooming xidməti incə və düşünülmüş hediyyelerden biridir.

Grooming Xidməti

İlk Yardım Çantası

Ev heyvanı üçün ilk yardım dəsti ev heyvanının təhlükəsizliyinin və rifahının vacibliyini vurğulayan praktik və düşüncəli bir hədiyyədir. Sarğılar, antiseptik salfetlər və ev heyvanları üçün xüsusi ilk yardım kitabçası kimi zəruri ləvazimatlar ilə yığılmış bu dəst ev heyvanı sahibinin kiçik xəsarətlər və ya fövqəladə halları idarə etməyə yaxşı hazırlaşmasını təmin edir. Bu, hər hansı bir vəziyyətdə ev heyvanının təhlükəsiz və sağlam olmasını istədiyinizi göstərən bir jestidir. İstər gəzinti, istərsə də gündəlik həyat üçün olsun, ev heyvanı üçün ilk yardım dəsti önəmlidir

Bonus: Dostunuzun evdə olmadığı günlərdə evcil heyvanına nəzarət etmək,onunla vaxt keçirmək də hədiyə ola bilər.

Ev heyvanları ilə bağlı məqalələr sizin üçün maraqlıdırsa, https://pop.az/ev-heyvani-qidalari/https://pop.az/pisik-adlari-adlarin-menasi/ keçid edin

Similar Posts